Berlində Xocalı soyqırımına həsr edilmiş nümayiş keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Berlinin mərkəzi meydanlarından biri olan Braytşaydplatzda yerləşən Sınıq Kilsənin qarşısında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar nümayiş keçirilmişdir.
Berlində fəaliyyət göstərən Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən təşkil olunmuş nümayişdə Xocalı faciəsi ilə bağlı fotomateriallardan, “Xocalıya ədalət” kampaniyasının şüarlarından istifadə olunmuşdur, faciə ilə bağlı məlumatlar paylanmış, soyqırıma dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməsinə dair bəyanat oxunmuşdur.
Nümayişdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Almaniyada yaşayan Azərbaycan, türk və yəhudi diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]