BEYNƏLXALQ HUMANİTAR TƏŞKİLATLARI ÖLKƏMİZDƏ BƏRQƏRAR OLMUŞ İCTİMAİ-SİYASİ SABİTLİK CƏLB EDİR
Baş nazirin müavini, Beynəlxalq humanitar yardım üzrə Respublika Komissiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov AZƏRTAC-ın müxbirinə demişdir ki, ötən il Azərbaycanda fəaliyyət göstərmiş humanitar təşkilatlar 2006-cı ildə də öz missiyalarını davam etdirirlər.
İlkin məlumatlara görə, 72 beynəlxalq humanitar qurum doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza ötən ilki qədər - təxminən 30 milyon ABŞ dolları məbləğində yardım göstərəcəkdir. Onların bəzisi öz proqramlarını genişləndirməyi nəzərdə tutur.
Humanitar təşkilatları Azərbaycana cəlb edən başlıca amil ölkədə yaranmış ictimai-siyasi sabitlikdir.