Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz 4 medal qazanıb
Bakı, 25 iyul, AZƏRTAC
İsveçrənin Sürix şəhərində təşkil edilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 107 ölkədən 321 məktəblinin iştirak etdiyi yarışda şagirdlərimiz 4 medal qazanıblar.
Olimpiadada iştirak edən məktəblilər - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov bürünc medala layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]