Beynəlxalq Şahmat Olimpiadası: qadın şahmatçılarımız ikinci turda belçikalı idmançılara qalib gəliblər
Tbilisi, 25 sentyabr, AZƏRTAC
Batumidəki “Expo Arena”da 43-cü Beynəlxalq Şahmat Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də keçirilən ikinci turda Azərbaycanın qadın şahmatçıları Belçikadan olan idmançıları məğlub edərək turu qələbə ilə başa vurublar.
İdmançılarımız Ülviyə Fətəliyeva rəqibi Annelies Kuvelieri, Günay Məmmədzadə Xanne Qussensi, Zeynəb Məmmədyarova Darya Vanduyfyusu, Gülnar Məmmədova isə Viebke Barbiieri məğlub ediblər.
Kişi şahmatçılarımız bu turda İtaliya komandası ilə qarşılaşıb. Arkadi Naydiç Luka Moroniyə qalib gəlib. Şəhriyar Məmmədyarovun Daniel Vokaturo ilə görüşü heç-heçə yekunlaşıb. Maykl Qoden - Teymur Rəcəbov və Sabino Brunello - Rauf Məmmədov qarşılaşması isə hələ davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]