Biləsuvarda ağır yol qəzası baş verib, ölən və yaralılar var
Biləsuvar, 30 iyun, İlkin Adıyev, AZƏRTAC
Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N.Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.
Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]
Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:30]
Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO
- 10.08.2026 [00:23]