BİLL GEYTS QİÇS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏYƏ 500 MİLYON DOLLAR AYIRACAQ
AZƏRTAC “Vaşinqton post” qəzetinin saytına istinadla xəbər verir ki, beynəlxalq xeyriyyə təşkilatının direktoru Riçard Fiçem demişdir ki, bu yardım dünyada milyonlarla insana nicat gətirəcəkdir. ABŞ milyarderi ötən ay İÇV-yə qarşı vaksinin hazırlanması istiqamətində tədqiqatlara 270 milyon dollar ayırmışdır.
Qlobal Fond 132 ölkədə QİÇS, vərəm və malyariya ilə mübarizəyə təxminən 5,5 milyard dollar sərf etmək niyyətindədir. Dünyanın ən varlı sakininin ianələrinə baxmayaraq, növbəti qrantları ödəmək üçün fondun hələ təxminən 500 milyon dolları çatmır.
Bir neçə il əvvəl qəbul edilmiş qanuna əsasən, ABŞ-ın Qlobal Fondun maliyyələşdirilməsində iştirakı təşkilatın büdcəsinin 33 faizindən artıq olmamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]