Binəqədi rayonunda içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat və 4500 ABŞ dolları məbləğində pul, habelə 20 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.