Binəqədi rayonunda iməcilik keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Binəqədi rayonu Zeytunluq ərazisində ümumrayon Novruz iməciliyi keçirilib.
AZƏRTAC Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadla xəbər verir ki, aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, yaşıllaşdırma sahəsinin, Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib.
Novruzqabağı iməcilik zamanı təmizlik-abadlıq işləri aparılıb, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ərazi alaq otları, tullantı, metal qırıntısı və digər lazımsız əşyalardan təmizlənib.