Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir daha Azərbaycanda müəlliflik hüququ barədə: hüquqi təminatın sivil yolları

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycanda müəlliflik hüququ sahəsində əsas problem müəlliflərin öz hüquqlarını bilməməsi və ya bu hüquqlarından tam istifadə etmək istəməmələridir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu fikri JAMnews saytına müsahibəsində agentliyin mətbuat katibi Elnur Məmmədli söyləyib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

Müəlliflər məhkəməyə müraciət etməlidir

Agentliyin rəsmisinin sözlərinə görə, qurumun müəllif hüquqlarının qorunmasını təmin etmək mexanizmləri yoxdur və əslində, olmamalıdır. “Qanunvericiliyə görə, belə səlahiyyətlər məhkəmə və hüquq-mühafizə orqanlarındadır”, - o deyib.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə görə, müəlliflər və hüquq sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. “Müəlliflik hüququ şəxsi hüquqdur və hüququ pozulmuş müəllif şəxsən bununla əlaqədar məhkəməyə müraciət etməlidir.

Lakin bu o demək deyil ki, agentliyə müraciətlər olmur. 2020-ci il ərzində qurum müəllif-hüquq məsələləri üzrə 1650-dən artıq müraciət və sorğuya cavab verib, qaldırılan məsələlərin həllində köməklik göstərib”, - E.Məmmədli söyləyir.

Onun sözlərinə görə, hüquqları pozulmuş şəxslər qanunvericiliklə onlara verilmiş hüquqlarından tam istifadə etmir, hüquqlarının bərpası üçün məhkəmələrə müraciət etmirlər: “Hüquqlarının bərpası üçün məhkəməyə getmək əvəzinə digərlərini günahlandırırlar”.

Əsərlərin qeydiyyatı müəlliflər üçün üstünlükdür

MDB ölkələri arasında yeganə olaraq Azərbaycanda əsərlərin könüllü qeydiyyatı sistemi mövcuddur. Müəlliflər öz əsərlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və şəhadətnamə ala bilərlər.

2020-ci ildə agentlikdə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 468 şəhadətnamə verilib.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 9-cu maddəsinə görə, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

“Müəlliflər əsərlərini Agentlikdə qeydiyyatdan keçirdikdən sonra bizim timsalımızda belə desək öz “vəkil”ini qazanmış olur. Yəni, özlərinə məxsus hüquqların müdafiəsində bizi müvəkkil edirlər”, - agentliyin sözçüsü bildirib.

Agentlik müəlliflərə hansı imkanları təqdim edir?

“Hüquqları pozulan şəxslərin məhkəməyə getməməyinin bir sıra səbəbləri var ki, bunların biri də maliyyə ilə bağlıdır, yəni vəkil xidmətləri və s. Məhz bu çətinlikləri nəzərə alaraq Agentlik müəlliflərə öz pozulmuş hüquqlarını təmin etmək üçün bir sıra imkanlar təqdim edir”, - E.Məmmədli JAMnews-a deyib.

“Hüquqları pozulduğu halda onlar təmənnasız olaraq Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”ndan yararlanır, hüquqlarının bərpası üçün məhkəməyə iddia ərizəsinin tərtib olunmasında onlara kömək göstərilir, ekspert rəyi hazırlanır və Agentliyin nümayəndələri bir çox hallarda üçüncü şəxs qismində məhkəmə işinə cəlb olunaraq hüquqları pozulmuş müəllif və hüquq sahiblərinin mövqeyini müdafiə edir.

Odur ki, Agentlik tərəfindən yaradılan bu unikal sistem müəllif hüquqlarının qorunması ilə pozulmuş hüquqların bərpası arasında bir körpü, vasitə kimi çıxış edir”, - sözçü qeyd edib.

Bir daha “Bayatılar” və Eldar Mansurov barədə

“Qeyd edim ki, saytınızda gedən məqalə ilə tanış olan hörmətli bəstəkarımız Eldar Mansurov dünən şəxsən agentliyə gəlib. Müəllifi olduğu “Bayatılar” kompozisiyası ilə bağlı nüansları bizimlə bölüşüb. Onun sözlərinə görə, hələ 90-cı illərin əvvəllərindən bəstəkarın əsərlərinin Agentlikdə uçotu aparılıb. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun qəbul olunduqdan sonra isə Eldar Mansurov əsərlərini Agentlikdə qeydiyyatdan keçirən ilk şəxslərdən olub və şəhadətnamələr alıb.

Eldar Mansurov hazırda ən çox əsəri qeydiyyatdan keçirilmiş müəlliflərimizdəndir. Bizimlə söhbətində onun özü bunun üstünlüklərini vurğulayıb və digər müəllifləri də əsərlərini Agentlikdə qeydiyyatdan keçirməyə çağırıb. O, “Bayatılar” əsərini nümunə gətirərək, Agentlikdən aldığı şəhadətnamənin xarici dilə tərcümə elətdirərək apostili onun hüquqlarını pozan əcnəbi ifaçılara göndərdiyini və öz hüquqlarını bərpa etdiyini xatırladıb. Məhz rumın müğənni Edvard Maya 2009-cu ildə Bakıya gələrək əsərin ifası üçün ondan lisensiya (icazə) alıb. Hazırda da bu qayda ilə bəstəkar öz əsərlərinin qorunmasını təmin edir”, - E.Məmmədli vurğulayıb.

Hansı azərbaycanlı müəlliflərin pozulmuş hüquqları bərpa olunub?

Müəllif hüquqlarının qorunması ilə bağlı konkret nümunələr göstərmək xahişimizə cavab olaraq, Agentlik rəsmisi bildirib ki, 2020-ci il ərzində qurumun nümayəndələri əqli mülkiyyət obyektlərinə hüquqların təminatı ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 53 iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib.

“Misal üçün, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin kabel televiziyalarından birinə qarşı qaldırdığı iddiası zamanı Agentlik bütün məhkəmə instansiyalarında onları müdafiə edib. Nəticədə, Gildiyanın pozulmuş hüquqlarının tanınmasına nail olunub.

Bundan başqa, adını çəkmədən bir müəllif tərəfindən televiziyalardan birində hüquqlarının pozulması ilə əlaqədar məhkəmədə iddia qaldırdığı zaman yenə də agentliyin müdafiəsi nəticəsində həmin şəxsin pozulmuş hüquqları bərpa olunub və vurulmuş zərər ödənilib”, - E.Məmmədli deyib.

Onun sözlərinə görə, 2020-ci ildə mərhum bəstəkar Elza İbrahimovanın vərəsəsi Çingiz İbrahimov agentliyə müraciət edərək, “YouTube” portalında bəstəkarın adına açılmış kanalın şikayətlər əsasında bağlanıldığını bildirib və bununla bağlı yardım göstərilməsini xahiş edib. Agentliyin işə qarışması nəticəsində bağlanan kanalın açılmasına nail olunub.

Ölümündən sonra 70 illik zəmanət

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin əmlak hüquqları vərəsəlik qaydasında keçir. Belə qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə həmin vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir.

“Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri Belçikada yaşayan erməni mənşəli Vardan Hovanissian və musiqiçi Emre Gültekin tərəfindən mənimsənilib və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib. Bəstəkarın vərəsələri hüquqlarının bərpasında kömək üçün agentliyə müraciət edib. Agentliyin yenə də işə qarışması nəticəsində albomu buraxan şirkətin rəhbərliyi Azərbaycan tərəfindən üzr istəyib və səhvlərini düzəldiblər.

Digər bir misal: görkəmli bəstəkarımız Tofiq Quliyevin “Sənə də qalmaz” əsərinin musiqisi alban müğənnisi Roveno Dilo tərəfindən “Ne Shkoder te vish” adı altında “Ante” musiqi albomuna daxil edilərək “YouTube” kanalında yerləşdirilib. Bununla əlaqədar bəstəkarın vərəsəsi agentliyə müraciət edib. Tərəfimizdən görülən tədbirlər nəticəsində Tofiq Quliyevin pozulmuş hüquqları bərpa edilib”, - E.Məmmədli vurğulayıb.

MDB-də birinci, dünya üzrə 30-cu

Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə hesabatına görə, Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 30-cu yeri tutub. Bu göstərici üzrə ölkə MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır.

Azərbaycan müəllif-hüquq sahəsində geniş beynəlxalq əməkdaşlığa cəlb olunub, beynəlxalq təşkilatların işində fəal iştirak edir və müəlliflik hüququ sahəsindəki əsas beynəlxalq sazişlərin üzvüdür və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) rəhbərliyində təmsil olunur. Məhz bu göstəricilər 2019-cu ilin oktyabrında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycan nümayəndəsinin MDB ölkələri arasında ilk dəfə olaraq müəlliflik hüququ üzrə 1886-cı ildə qəbul edilən və təqribən 180 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə seçilməsində az rol oynamayıb.

Problemlər də var

E.Məmmədlinin sözlərinə görə, bəzi problemlər də qalmaqdadır: “Misal üçün, ciddi iradlarımıza baxmayaraq, musiqili əsərlərdən istifadəyə görə qonorarın yığılması ilə məşğul olan “Azərbaycan Müəllifləri” İctimai Birliyinin fəaliyyətində yol verilən nöqsanlar hələ də qalmaqdadır. İctimai Birliyin fəaliyyətinin şəffaf olmaması narahatlıq doğurur. Ən vacibi isə qonorarın yığılmasının zəifliyidir və bu, müəlliflərin və hüquq sahiblərinin haqlı etirazlarına səbəb olur”.

Açıqlığın və şəffaflığın təmin edilməsi məqsədilə Agentlik tərəfindən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi istifadəyə verilib və bununla sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində “vahid pəncərə” prinsipi tətbiq edilib. Bu sistem göstərilən dövlət xidmətlərinin səviyyəsini əvvəlki illərlə müqayisədə yüksəldib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir YENİLƏNƏCƏK

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO