BİRGƏ AZƏRBAYCAN-AMERİKA TRENİNQLƏRİ KEÇİRİLİR
Müdafiə Nazirliyi Mətbuat Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 26-dan fevralın 6-dək Bakı şəhərində dəniz neft platformalarının mühafizəsi üzrə birgə Azərbaycan-Amerika treninqləri keçirilir.
Treninqlər neft-qaz platformalarının və digər üzən qazma qurğularının mühafizəsi üzrə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmişdir.
Praktiki məşq tədbirlərində Amerika Birləşmiş Ştatlarının 18, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin isə 45 hərbi qulluqçusu və iki patrul kateri iştirak edir.
Təlimlər Azərbaycan-Amerika ikitərəfli əməkdaşlıq planına uyğun keçirilir.