Birləşmiş Ərəb Əmirlikləri də neft hasilatını artırır
Bakı, 11 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aprel ayından etibarən xam neft istehsalını artıracaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin gündəlik neft hasilatının 3 milyon barreldən 4 milyon barrelə çatdırılması hədəflənir. İstehsalın sutkada 5 milyon barrelə çatdırılması da planlaşdırılır.
Birləşmiş Ərəb Əmirliklərinin milli neft şirkəti “ADNOC”un açıqlamasında bildirilir ki, şirkət apreldən etibarən gündəlik 4 milyon barreldən çox neft hasil etməyə hazırdır. İstehsalın sutkada 5 milyon barrelədək artırılması istiqamətində də işlər sürətləndiriləcək.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatına görə, yanvarda BƏƏ-nin gündəlik neft hasilatı 3,03 milyon barrel olub.
Qeyd edək ki, daha əvvəl Rusiya və Səudiyyə Ərəbistanı apreldən etibarən neft hasilatını artıracaqlarını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]