BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ NƏHƏNG TAC MAHAL TİKİLƏCƏK
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindəki böyük “Dubaylənd” idman-əyləncə kompleksinin ərazisində “Möcüzəli şahin şəhəri” salınacaqdır. 5,5 milyard dirhəmdən çox (təxminən 1,5 milyard dollar) dəyəri olan layihədə müasir və qədim tarixin ən məşhur möcüzələrinin kolleksiyası yaradılacaqdır. Burada Misir ehramları, Semiramidanın asma bağları, Eyfel qülləsi, Tac Mahal, Böyük Çin səddi, Piza qülləsi və İskəndəriyyə mayakı olacaqdır. Bəzi məşhur tikililər isə əslindən də böyük ölçüdə ucaldılacaqdır. Məsələn, Dubay Eyfel qülləsi Parisdəki qüllədən 21 metr hündür, Tac Mahal isə Hindistandakı abidədən 1,5 dəfə böyük olacaqdır.
Qanadlarını gərmiş şahini xatırladacaq şəhərin sahəsi təxminən 4 milyon kvadratmetrə çatacaqdır. Layihənin maliyyələşdirilməsində Dubayın bir sıra bankları, əcnəbi banklar və sərmayə şirkətləri iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]