Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birləşmiş Ərəb Əmirliklərinə - ekstremal əyləncə dalınca

Davamı. Əvvəli ilə tanış olmaq üçün bax:

Bakı, 8 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinə səfər Azərbaycan turizm bazarında ən populyar və əlyetərli istiqamətlərdən biridir. Özü də elə düşünməyin ki, Dubayda və Abu-Dabidə sizə saysız-hesabsız mağazalardan və çimərlik istirahətindən başqa heç nə təklif edilməyəcək. Belə düşünənlər yanılır. BƏƏ-də təsəvvür edə biləcəyiniz fəal əyləncə növlərinin hər birini tapa bilərsiniz. Bu sözləri təsdiqləmək üçün biz də həmin əyləncə növlərindən bəzilərini sınaqdan keçirməyi qərara aldıq.

Əvvəlcə Dubayda, Yaxın Şərqdə ilk dağ xizəyi kompleksində xizək sürdük və Abu-Dabidəki “Ferrari World” adlı unikal attraksionlar parkına getdik. Ən həyəcanlandırıcı məqam isə əfsanəvi “Palm Jumeirah” süni adasına paraşütlə tullanmaq oldu.

Reportajımızın ikinci hissəsində bu və bir sıra başqa məsələlər barədə təəssüratlarımızı bölüşəcəyik.

Dəbdə olan selfi və rekordçu akvapark

Əmirliyə hər dəfə gələndə burada nə isə bir yenilik aşkar edirsən. Bu dəfə də turistlərin xoşladığı Dubay Marina rayonunda heyrətamiz göydələnlər arasında maraqlı bir yenilik gördük. Yaxtalara, dəbdəbəli restoranlara və təmtəraqlı mağazalara tamaşa edə-edə sahildə gəzişərkən foto-avtomatlara rast gələ bilərsiniz. Hündürlüyü adam boyda olan belə aqreqata yaxınlaşıb sensor displeydə “foto çəkmək” düyməsini basandan sonra taymer işə düşür. Bu müddətdə kameranın görüş dairəsinə düşmək üçün bir qədər kənara çəkilirsiniz və fotoşəkil hazırdır! Bundan sonra bircə o qalır ki, displeydə öz elektron poçtunuzun ünvanını göstərəsiniz. Sizin pulsuz çəkilmiş fotoşəkliniz dərhal həmin ünvana göndəriləcək. 

Selfi mövzusunun davamı kimi “Palm Jumeirah” adasındakı məşhur “Atlantis” otelinə getdik. Bu otelin Şərq memarlığına xas olan günbəz formasında qəşəng tağı fonunda fotoşəkil çəkdirməyən turist çətin ki, tapıla. Oteldən əlavə akvapark, akvarium və delfinarinin də daxil olduğu bu möhtəşəm komplekslə tam tanış olmaq üçün bir gün, əlbəttə, kifayət deyil. Təkcə akvaparkla tanış olmağa bütöv bir günümüzü sərf etdik. Bütün Yaxın Şərqdə su attraksionlarının ən böyük tematik parkının sahəsi 160.000 kvadratmetrdir.

Fəal istirahət həvəskarları burada Neptun qülləsində “Məchul aləmə tullanış” attraksionunda güclərini sınaya bilərlər. Doqquzmərtəbəli ev hündürlüyündə, demək olar ki, şaquli vəziyyətdə olan bu təpədən praktiki olaraq bir saniyə ərzində aşağı enirsiniz. Sonra da məlum olur ki, siz akulaların və nəhəng skatların əhatəsində şəffaf plastik boru üzrə yola davam edirsiniz. Başqa ekstremal attraksionlar arasında “Akulalar hücuma keçir” təpəsi xüsusilə fərqlənir. Burada skatların və akulaların qaynaşdığı tunelə düşürsünüz. Bu cür eniş nə qədər həyəcanlandırıcı olsa da, təhlükəsizdir (insan şüşə arakəsmə vasitəsilə balıqlardan ayrılır). Poseydon qülləsində “Akvakonda” təpəciyində sürüşməyi tövsiyə edərdik. Bu, dünyada ən böyük su təpəciyidir. Əyri-üyrü qaranlıq tuneldən keçən nəhəng enişi başa vurandan sonra dünyada ən böyük şəffaf tunelə düşəcəksiniz. Bu, son dərəcə təsirlidir!

Sakit istirahətə üstünlük verən müsafirlərə çayın iki kilometrlik hissəsində üzmək, içərisində delfinlər “gəzişən” hovuza baş vurmaq, dayvinq dərsi almaq imkanları təklif edilir. Belə fəal əyləncələrdən sonra dəniz sahilində dincəlmək olar. Biz də belə etdik - adı azərbaycanlıların qulağına doğma gələn “Nasimi Beach” çimərliyinə yollandıq.

Çimərlikdəki “Nasimi” restoranında suşi və saşimidən başlamış Asiya və Aralıq dənizi ölkələri üçün səciyyəvi olan delikateslərə qədər dünyanın ən yaxşı nemətlərini dadmağı təklif etdilər. Kəşflərlə dolu günümüz dəniz sahilində yerli diceyin musiqi kompozisiyalarının sədaları altında şam süfrəsi ilə başa çatdı.

Qar səltənəti və sürət həvəsi

Çimərlik istirahəti ilə qış əyləncələrini birləşdirmək yəqin ki, yalnız Dubayda mümkündür. Burada fəaliyyət göstərən “Ski Dubai” əyləncə parkı dünyada ən iri örtülü dağ-xizək komplekslərindən biridir. Parkın sahəsi 22.000 kvadratmetrdən çoxdur. Maraqlıdır ki, bu kompleks “Mall of the Emirates” ticarət mərkəzinin binasında yerləşir.

Bu kompleksin xidmətlərindən istifadə etmək üçün Dubaya gedəndə özünüzlə xizək avadanlığı aparmağa ehtiyac yoxdur - bunun üçün zəruri olan hər şeyi kompleksin girəcəyində verəcəklər. İsti paltar, xizək və ya snoubord üçün icarə haqqı biletin qiymətinə daxildir. Bu məbləğ 210 dirhəmdən (təxminən 55 dollar) başlanır. Təkcə papaq verilmir - onu ya özünüzlə götürməli, ya da yerli mağazada almalısınız. Əynimizə isti kombinezon, ayağımıza xizək çəkmələri geyinərək yolumuza davam edirik.

Dağ-xizək kompleksinin kandarından keçən kimi sanki nəhəng bir dondurucu kameraya düşürsünüz. Burada ilboyu 1-6 dərəcə şaxta olur. Bir qədər özünüzə gələndən sonra fəal hərəkətə başlamalısınız. Əgər siz Azərbaycandakı “Şahdağ” dağ-xizək kurortunun ulduzusunuzsa və oradakı sərt yamaclar sizi qorxutmursa cəsarətlə qaldırıcı qurğuya tərəf yönəlin. Bu qurğu sizi hündürlüyü 60 metr olan təpənin zirvəsinə çatdıracaq. Oradan mürəkkəblik dərəcəsi müxtəlif olan beş trasdan birini seçib sürüşə bilərsiniz. Snoubord ustaları üçün 90 metrlik yolda özünüzü sınaya bilərsiniz. Lakin əgər bizim kimi siz də xizək üzərində güclə dayanırsınızsa, buyurun, bu da xizək məktəbi. Buradakı təlimatçı sizi bu maraqlı məşğuliyyətin əsasları ilə tanış edəndən sonra qazandığınız vərdişləri sadə bir yamacda möhkəmlədə bilərsiniz. Bu, həm maraqlı, həm də təhlükəsizdir.

Bundan əlavə, “Ski Dubai” kompleksində kirşə sürmək, kanat yolda hərəkət etmək və pinqvinlərə tamaşa etmək mümkündür. Burada hər gün pinqvinlərin “iştirakı ilə” maraqlı tamaşalar təşkil edilir. Arzu edənlərə ayrıca ödəniş müqabilində pinqvinləri sığallamaq, onlarla birlikdə xatirə şəkli çəkdirmək imkanı təklif olunur.

Onu da əlavə edək ki, “Ski Dubai” kompleksində təbii qış koloritinə nail olmaq üçün küknar ağacları əkilib. Ona görə də səhranın ortasında bu qarlı vahənin təsirini uzun müddət hiss edəcəksiniz.

İndi, necə deyərlər, qızışmaq vaxtıdır. Biz də ertəsi gün Abu-Dabidəki Yas adasına - dünyada ən böyük “Ferrari World” tematik parkına yola düşdük. Bu parkdakı attraksionlar insanın damarlarında qanı coşdurur.

Sahəsi 200.000 kvadratmetrə bərabər olan kompleksin damını “Ferrari” şirkətinin indiyə qədər yaradılmış ən böyük (65x48,5 metr ölçülü) loqotipi bəzəyir. Dünyada ən sürətli “Formula Rossa” pnevmatik Amerika təpəciyi də məhz bu parkda yaradılıb. Biz də ilk növbədə ona tərəf yönəldik. “Ferrari” yürüş avtomobili formasında hazırlanmış vaqonet tipli kresloda yerinizi rahatlamaq üçün siz şəxsi əşyalarınızı, yəni mobil telefon, kamera, çanta və başqa ləvazimatları təhvil verib xüsusi nömrə almalı və qoruyucu eynək taxmalısınız. Bundan sonra geriyə hesablama başlanır - siz ağlasığmaz virajlarla güllə kimi irəli şütüyürsünüz. Eynək taxmağıma baxmayaraq mən əvvəlcə gözlərimi açmağa cəsarət etmədim. Qarşıdan gələn hava axını o qədər güclü idi ki, kreslodan bərk-bərk yapışmağa məcbur oldum. Bəs necə! Beş saniyədən də az müddətə attraksionun sürəti saatda 240 kilometrə çatır. Bu duyğuları yəqin ki, yalnız sərbəst düşmə ilə müqayisə etmək olar.

Sərnişinlərin şaşqın, lakin son dərəcə razı vəziyyətdə finişə çatdığı anda dinamiklərdən səs eşidilir: “Sizi təbrik edirik, indicə siz dünyada ən sürətli Amerika təpəciyində sürüşdünüz!”

Parkda heç də bundan az maraqlı olmayan attraksionlar çoxdur - kartinq, yürüş bolidləri simulyatorları, 4D kinoteatrı və s. Buna baxmayaraq, “Formula Rossa” təpəcəyinə bir daha qayıtmaq istərdik. Attraksionların sayı daim artır. Parka giriş bileti yaşlı adamlar üçün 250 dirhəmdən (təxminən 68 dollar) başlanır. Populyar attraksionlara növbəsiz keçmək üçün dəyəri 500 dirhəm olan (təxminən 135 dollar) “qızıl bilet” almaq, ya da hövsələli olmaq lazımdır. İnanın ki, buna dəyər!

Tom Kruzdan hədiyyə və uçuruma tullanma

Ekstremal əyləncələrdən bir qədər aralanmaq üçün Dubaydakı “Jumeirah Zabeel Saray” otelində yerləşən Yaxın Şərqdə ən böyük spa-mərkəzə yollanmağı qərara aldıq. 

Sahəsi 8000 kvadratmetr olan “Talise Ottoman Spa” kompleksi saraya oxşayır. Burada 42 prosedur kabineti, buğxana, sauna, qar otaqları və bir neçə türk hamamı var.

Lakin məlum oldu ki, bu oteli məşhur edən təkcə spa-mərkəz deyil. Büdcəsi bir neçə milyon olan “Namümkün missiya-4” blokbasterinin səhnələri bu otelin divarları arasında çəkilib. Çəkilişlər başa çatandan sonra bu filmin ulduz aktyoru Tom Kruz kadrda onun qəhrəmanı superagent İtan Xankın geydiyi qara kostyumu və zirehli keysi otelə bağışlayıb. İndi həmin rekvizitlər vitrində qoyulub və buraya gələn hər kəs onlara tamaşa edir. İnanmırsınız? Elə isə gəlin, özünüz şahid olun!

Nəhayət, səfər proqramımızın intizarla gözlənilən paraşütlə tullanma məqamına çatdıq. Etiraf edim ki, bizim heç birimizin bu sahədə təcrübəmiz yox idi və bu niyyətin nə ilə başa çatacağını təsəvvür etmirdik.

Əslində isə hər şey sadə imiş. Dubay səmasında paraşütçülər tez-tez görünür, burada bu məşğuliyyət geniş yayılıb, peşəkarların xüsusi yarışları və toplantıları keçirilir. BƏƏ-də idmanın bu növünün inkişafı “Skydive Dubai” şirkəti ilə bağlıdır. Şirkətin təlimatçıları indiyə qədər paraşütlə 220.000-dən çox tullanış həyata keçiriblər.

Şirkətin təyyarələrinin havaya qalxdığı baza şəhərin mənzərəli bir rayonunda, “Palm Jumeirah” adasının yaxınlığında yerləşir. İstənilən insan heç bir hazırlıq keçmədən paraşütlə tullana bilər. Bunun üçün həmin şəxsi təcrübəli təlimatçıya yaxşıca bağlayırlar və onlar ikilikdə tullanır. Bu ləzzətin qiyməti 2000 dirhəmdir (təxminən 540 dollar). Lakin təşkilatçılar bizim birimizə pulsuz tullanmaq hüququ verdilər ki, o, öz təəssüratlarını bölüşə bilsin. Əvvəlcə paraşütlə tullanmaq ideyasını bizim fotoqraf irəli sürmüşdü. Sonda bu ideyanı həyata keçirmək hüququ da ona qismət oldu.

Beləliklə, təyin olunmuş saatda biz bazada idik. Burada bütün zəruri avadanlıq təqdim edildi. Əvvəlcə sizə təlimat keçir, uçuş zamanı özünüzü necə aparmalı olduğunuzu izah edir, sonra sizi təlimatçıya bağlamaq üçün xüsusi ləvazimat verirlər. Nəhayət, içərisində 10 nəfər paraşütçü olan yüngül təyyarə havaya qalxır, 4 kilometr yüksəkliyə çatanda tullanma başlanır.

Heç nə barədə narahat olmayın - sakitləşin və ləzzət alın. Təlimatçı açıq səmaya addımı birinci özü atır və siz təxminən 1 dəqiqə müddətində sərbəstdüşmənin nə demək olduğunu hiss edirsiniz. Bu müddət başa çatandan sonra təlimatçı əsas paraşütü açacaq (ehtiyat paraşüt də var), siz isə məşhur “Palm Jumeirah” adasına tamaşa edə-edə 5 dəqiqə yavaş-yavaş enəcəksiniz.

Bizim fotoqrafın sözlərinə görə, paraşütlə tullanmağın ən həyəcanlı məqamı sərbəstdüşmədir. Bu, bütün hissiyyat orqanları üçün əsl sınaq, emosiyaların coşması, təsvirəgəlməz duyğulardır. Yeri gəlmişkən, siz ta yerə enənə qədər bütün prosesi sizinlə paralel olaraq paraşütlə tullanan operator lentə çəkəcək. Bu xidmətin haqqı da paraşütlə tullanmanın dəyərinə daxil edilib ki, həmin anlar həmişəlik yadınızda qalsın!

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb