Birləşmiş Ərəb Əmirliklərinin İsrailə təyin olunan ilk səfiri Təl-Əvivə yollanıb
Qahirə, 1 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tarixində İsrailə təyin edilmiş ilk səfir Təl-Əvivə yollanıb.
AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabidə diplomatik missiyanın rəhbəri Məhəmməd Mahmud Əl-Xajanın andiçmə mərasimi keçirilib. BƏƏ-nin vitse-prezidenti, Baş nazir və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid ölkənin İsraildəki ilk səfirinə uğurlar arzulayıb. Yanvarın 24-də isə İsrailin Əbu-Dabidə səfirliyinin açılış mərasimi olmuşdu.
İsraillə BƏƏ arasında sülh sazişi ötən il sentyabrın 15-də imzalanıb. Daha sonra iki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsi, iqtisadi və ticari əməkdaşlığa dair sənədlər imzalanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]