Bişkekdə komendant saatı rejimi tətbiq olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
Qırğızıstan hakimiyyəti ölkədə davam edən etiraz aksiyaları və iğtişaşlar fonunda paytaxt Bişkekdə komendant saatı rejimi tətbiq edib.
AZƏRTAC Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Bişkekdə komendant saatı yerli vaxtla saat 21:00-dan 05:00-dək davam edəcək. Həmçinin paytaxtda yığıncaq və mitinqlərin keçirilməsi qadağan olunub.
Beləliklə, Bişkek komendaturası “vəziyyətin sabitləşməsinə əngəl törədən siyasi partiyaların və ictimai təşkilatların fəaliyyətini dayandırmaq” hüququnu əldə edib.
Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərindən sonra kütləvi etiraz aksiyaları başlayıb. Müxalif partiyaların tərəfdarları güc strukturları ilə toqquşmalardan sonra prezident administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçirib. İğtişaşlar zamanı 1,2 min insan xəsarət alıb, bir nəfər həlak olub. Nəticədə Qırğızıstanın Baş naziri Kubatbek Boronov istefa verib. Müxalifət, eyni zamanda prezidentin impiçmentini və parlamentin buraxılmasını da tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]