Bloomberg: Almaniya çip istehsalına 20 milyard avro sərmayə qoymağı planlaşdırır
Bakı, 25 iyul, AZƏRTAC
Almaniya hökuməti geosiyasi gərginliyin artması şəraitində texnologiyaların inkişafını stimullaşdırmaq və kritik komponentlərin tədarükünü təmin etmək üçün ölkədə çip istehsalına 20 milyard avro sərmayə qoymağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi “Bloomberg” agentliyi məlumat yayıb.
Hökumət artıq ABŞ-ın prosessor istehsalçısı “Intel Corp” üçün yeni zavodun tikintisi üçün 10 milyard avroluq investisiyanı təsdiqləyib. Səlahiyyətlilər indi Tayvan Yarımkeçirici İstehsalat Şirkəti və alman çip istehsalçısı “Infineon Technologies AG”ni genişləndirmək üçün 7 milyard avroluq subsidiya üçün danışıqlar aparır. Ən azı daha 3 milyard avro isə digər layihələrə, o cümlədən mikrosxem istehsalı üzrə birgə müəssisənin tikintisinə sərf oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]