BMT EKSPERTLƏRİ AZƏRBAYCANDA ÜMUMİ DAXİLİ MƏHSULUN ARTACAĞINI BİLDİRİRLƏR
Bütün dünyada iqtisadi fəallığın azalmasına baxmayaraq, Şərqi Avropa və MDB ölkələrində iqtisadi artım 2002-ci ildəki 3,75 faizdən 2003-cü ildə 4 faizə çatmalıdır. Bu məlumatlar BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) proqnozunda öz əksini tapmışdır. AİK bildirmişdir ki, həmin ölkələrdə ÜDM-in artımı 2001-ci ilin ilk 6 ayı ərzindəki 5 faizdən 2002-ci ilin birinci yarısında 3,6 faizə düşmüşdür.
AİK MDB-nin 12 ölkəsində ÜDM-in artımının 2002-ci ildə 4,5 faiz, 2003-cü ildə isə 4,25 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Ekspertlərin fikrincə, ən yüksək artım surəti Azərbaycanda (8,5 faiz) və Qazaxıstanda (7-8 faiz) gözlənilir.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu məlumatları şərh edərək bildirmişdir ki, onlar bir qədər köhnəlmişdir. Belə ki bu ilin 10 ayın yekunlarına görə, Azərbaycanda ÜDM-in artımı 10 faizdən yuxarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]