BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi mina təhdidi barədə məlumatlandırılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında Azərbaycan ilə BMT, eləcə də onun ixtisaslaşmış qurumları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov BMT-nin fəal üzvü olan ölkəmizin təşkilatın qlobal inkişaf təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina təhdidi barədə məlumat verilib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bu il Azərbaycanla BMT arasında əlaqələrin 30 illiyi münasibətilə təşkil olunmuş silsilə tədbirləri məmnunluqla xatırlayıb. “Dayanıqlı İnkişaf Məqsədləri-2030” gündəliyinin icrası ilə bağlı Azərbaycanın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə təhsil, səhiyyə, enerji sahələrində və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və mövcud əməkdaşlığı genişləndirmək imkanları nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]