BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞI JURNALİSTLƏR ÜÇÜN SEMİNAR TƏŞKİL EDƏCƏK
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlara yardım məqsədi ilə ölkəmizdə 1992-ci ildən fəaliyyət göstərən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Bakı nümayəndəliyi dekabrın 8-də jurnalistlər üçün seminar təşkil edəcəkdir.
Nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, seminarda jurnalistlərə BMTQAK-ın qaçqınlar, məcburi köçkünlər və sığınacaq axtaranlar üçün gördüyü işlər, hazırkı proqramları və statistik məlumatları çatdırılacaqdır.