Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT TŞ-də Ermənistanın fiaskosu və Azərbaycanın əldə etdiyi 5 mühüm nəticə - Təhlil

BMT TŞ-də Ermənistanın fiaskosu və Azərbaycanın əldə etdiyi 5 mühüm nəticə -  Təhlil

Bakı, 18 avqust, AZƏRTAC

Bildiyimiz kimi, avqustun 16-da BMT Təhlükəsizlik Şurası (TŞ) İrəvanın təklifi ilə Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirdi.

Ermənistanın xarici işlər naziri Ararat Mirozyan iclasda şəxsən iştirak edərək, bütün artistlik və böhtan atmaq bacarığını ortaya qoysa da bu ölkə nəinki gözlədiyini əldə edə bilmədi, əksinə, sözün əsl mənasında diplomatik fiaskoya uğradı. Ən vacibi isə “humanitar fəlakət”, ”soyqırımı” və ”etnik təmizləmə” kimi uydurduğu yalanlar dünyanın ən mötəbər qurumunda tam olaraq ifşa edildi.

Başqa sözlə desək, Ermənistan bu müzakirələrdən heç bir siyasi dividend qazana bilmədi. İclasda Ermənistan üçün ən təsəlliverici hal o oldu ki, bir sıra çıxışçılar Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral Laçın yolu ilə bağlı verdiyi qərara əməl etməyin, yəni, Azərbaycanın əlində olan imkanlardan istifadə edərək yolun maneəsiz və təhlükəsiz şəkildə humanitar məqsədlərlə istifadə olunmasını təmin etməyinin vacibliyini bildirdilər. Bu da yeni bir məsələ deyil və Azərbaycan cari il aprelin 23-də Laçın yolunda quraşdırdığı sərhəd-buraxılış məntəqəsi ilə bu yoldan maneəsiz və təhlükəsiz keçidi təmin etmişdi (o başqa məsələ ki, Ermənistanın məlum hərbi təxribatı nəticəsində yolun iş rejimində müəyyən dəyişikliyin yaranması zərurəti meydana gəldi).

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib

Deputat sözlərinə görə, Azərbaycan həm daxildə, həm də BMT çərçivəsində çevik, uğurlu diplomatik və siyasi həmlələr edərək Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü ilə keçirilən iclasın gedişini və nəticəsini öz xeyrinə dəyişə bildi. Belə ki, ölkəmizin postmünaqişə ilə bağlı gündəliyində olan aktual məsələlərin TŞ üzvləri tərəfindən səsləndirilməsi və bu işlərin BMT-nin iclasın yekununa dair yaydığı məlumata daxil edilməsi Azərbaycan diplomatiyasının çox ciddi uğuru və əldə etdiyi mühüm nəticədir.

Bu nəticələri 5 istiqamətdə qruplaşdırmaq olar:

Birinci nəticə - Qarabağda yaşayan ermənilərin gündəlik ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların Ağdam-Xankəndi marşrutu üzrə həyata keçirilməsi haqqında Azərbaycanın təklifi (Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2023-cü il iyulun 15-dəki müvafiq bəyanatından sonra) ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən dəstəkləndi. Bu o deməkdir ki, Ermənistanın Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin "Qarabağ erməniləri üçün yeganə həyat və dünyaya çıxış yolu” olması ilə bağlı indiyə kimi təşkil etdiyi siyasi şou və böhtan kampaniyası iflasa uğradı. Əminəm ki, Ermənistanın bu mövzunu bundan sonra manipulyasiya etməsi o qədər də asan olmayacaq.

İkinci nəticə - “Humanitar yardımların siyasiləşdirilməsinin yolverilməz olduğu” haqqında TŞ üzvlərinin ümumi mövqeyini qeyd etmək lazımdır. Məlumdur ki, son iki ildə Azərbaycan Qarabağ ermənilərinə birbaşa humanitar yardımların daha tez və təhlükəsiz formada çatdırılması üçün ən münasib marşrutlar təklif edir. Bu təklifləri Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Rusiya sülhməramlıları dəstəkləsə də, Ermənistan və Qarabağ erməniləri bunu siyasi motivlərlə rədd etdilər. Bundan başqa, humanitar yardım məsələsini qəsdən siyasiləşdirən Ermənistan “soyqırımı”, “etnik təmizləmə” və “blokada” kimi yalanları uyduraraq bunlardan Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Rəsmi İrəvanın Okampo kimi siyasi dələduzları “soyqırımı” oyununa alət edərək dünyanı aldatmaq cəhdi bunun ən yaxşı nümunələrindən biridir. Bu baxımdan, BMT TŞ-nin “humanitar yardımların siyasiləşdirilməsinə yol verilməməlidir” mesajının birbaşa ünvanı olan Ermənistan bundan sonra humanitar məsələlərə yönəlik siyasi möhtəkirliyə və manipulyasiyalara son qoymalıdır.

Üçüncü nəticə - Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiya prosesini sürətləndirmək məqsədilə onlara birbaşa dialoq təklifi TŞ-nin iclasında bir sıra çıxışçılar tərəfindən qeyd olundu. Bilirik ki, Ermənistan Bakı ilə Xankəndi arasında birbaşa dialoqa qarşı çıxır və bu istiqamətdə beynəlxalq mexanizmin yaradılmasını təklif edir. Lakin Təhlükəsizlik Şurasının iclasında Ermənistanın bu absurd təklifi haqqında bir kəlmə də deyilmədi, əksinə Bakının Xankəndi ilə birbaşa dialoqunun vacibliyi qeyd edildi ki, bu da Azərbaycanın rəsmi mövqeyi ilə üst-üstə düşür.

Dördüncü nəticə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanətin verilməsi məsələsi ilə bağlıdır. Azərbaycanın mövqeyi bu mövzuda da tam olaraq dəstəkləndi və bildirildi ki, bölgədə qalıcı sülhə və təhlükəsizliyə nail olmaq üçün Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatı Azərbaycanın qanunları çərçivəsində olmalıdır. Belə bir prinsipial mövqeyin ilk dəfə olaraq BMT TŞ-də səsləndirilməsinin çox böyük siyasi əhəmiyyəti var və bu cür yanaşma Qarabağ ermənilərinin reinteqrasiya prosesini tezliklə başlamağa qərarlı olan rəsmi Bakının mövqeyini daha da gücləndirəcək.

Beşinci nəticə - Azərbaycanın irəli sürdüyü sülh gündəliyi dəstəkləndi. Belə ki, TŞ-nin əksər üzvləri Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipinə hörmət əsasında və tezliklə tənzimlənməsinin və sülh sazişinin imzalanmasının vacibliyini qeyd etdilər. Bir çox çıxışlarda sərhədlərin delimitasiya və demarkasiya olunmasını, kommunikasiya xətlərinin açılmasını sülh prosesinin ayrılmaz hissəsi kimi qiymətləndirdilər. Bütün bunların hamısı Azərbaycanın son iki ildə təşviq etdiyi, Ermənistanın isə hər vəchlə mane olduğu məsələlərdir. Heç şübhəsiz ki, bu çağırışlar sülh sazişinin imzalanmasını süni şəkildə yubadan Ermənistana ünvanlanmışdı.

Bu nəticələrdən göründüyü kimi, Ermənistanın dünyada ən mötəbər qurum hesab edilən BMT TŞ-ni öz siyasi məqsədləri üçün istifadə etmək cəhdi tam iflasa uğradı, ermənilərin “miatsum” və ya “bəlkə nəsə dəyişdi” illüziyaları bu dəfə BMT-də dəfn edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib