Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT TŞ-nin Ermənistan və Fransanın ittihamlarını qəbul etməməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur

BMT TŞ-nin Ermənistan və Fransanın ittihamlarını qəbul etməməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 16-da keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasında Ermənistanın və Fransanın Azərbaycana qarşı yönəlmiş növbəti cəhdi iflasa uğradı. Belə ki, Fransaya arxalanaraq Laçın yolu ilə bağlı məsələni təcili müzakirəyə çıxaran Ermənistanın Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək niyyətinə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə başqa don geyindirmək cəhdi nəticəsiz qaldı. Bütün bunlar Ermənistanın hələ də 1988-ci ilin ab-havasından kənara çıxmadığını və öz havadarlarına söykənərək çirkin niyyətlərini davam etdirməyin mümkünlüyünə inandığını göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O qeyd edib ki, Ermənistan özü BMT TŞ-nin qətnamələrini 30 ildə ayaq altına ataraq heç vaxt məhəl qoymayıb. BMT TŞ bu il avqustun 2-nə kimi 2 min 694 qətnamə qəbul edib və onların böyük əksəriyyəti erməni silahlı birləşmələrinin tam, qeyd-şərtsiz və dərhal Azərbaycanın ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı məlum qətnamələri kimi icra edilməyib. Azərbaycan BMT TŞ-nin qətnamələrini döyüş meydanında təkbaşına icra etməklə beynəlxalq hüququn tələblərinə sadiqliyini bir daha sübut edib. Amma bu qətnamələrin biri, yəni Ermənistan silahlılarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı məsələ təəssüf ki, hələ də icra edilməyərək qalmaqdadır. Belə ki, Ermənistanın 10 minə yaxın silahlısının bu gün də sülhməramlıların müvəqqəti dislokasiya olunduğu ərazilərimizdə qalması TŞ-nin qətnamələrinə hörmətsizlikdir. Ermənistanın BMT TŞ-nin qətnamələrinə 30 ildə əməl etmədiyi halda həmin təşkilata hansı üzlə müraciət etdiyi sual altındadır. Azərbaycan torpaqlarını işğal edib azərbaycanlılara qarşı soyqırımları törədərək öz doğma yurdlarından qovanda, yaşayış məntəqələrimizi, dini və mədəni abidələrimizi yerlə-yeksan edəndə, işğal etdikləri ərazilərimizdə ekoloji terrorlar törədəndə, yeraltı və yerüstü milli sərvətlərimiz talanıb aparılanda Ermənistan bu günün gələcəyini niyə düşünmədi? İşğaldan azad olunmuş ərazilərdə qazıntı işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlarda azərbaycanlıların insanlığa xas olmayan vəhşi işgəncələrlə qətlə yetirilərək basdırılması faktlarının şahidi oluruq. Onlar belə qəddar əməllər törədərkən bu günün gələcəyini bilmirdilərmi? O cümlədən Şuşada 17 azərbaycanlıya qarşı vəhşilik edərək tullantı sularının axıdıldığı quyuya atanda bir gün haqsızlıqların yerdə qalmayacağını və onların beynəlxalq təşkilatlardan imdad dilənəcəklərini bilmirdilərmi? Bütün bu faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən cinayət işləri açılıb. Mülki insanlara qarşı törədilmiş erməni cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılacaq. Qarabağda yaşayan 25-30 min erməninin humanitar böhranla qarşılaması ilə bağlı BMT səviyyəsində saxta ittihamlar qaldıran Ermənistan niyə 1990-cı illərdən itkin düşmüş və girovluqda hesab olunan 4 min azərbaycanlının taleyi ilə bağlı məlumat vermir? Ermənistan TŞ-də Laçın yolunun bağlanması ilə bağlı saxta ittihamı irəli sürəndə 33 il blokadada saxlanılan Naxçıvandakı 500 min azərbaycanlı haqqında heç düşündümü? Bəli, Ermənistana və onun böyük bacısı Fransaya suallarımız çoxdur. Lakin onlar bilməlidirlər ki, bugünkü Azərbaycan heç də 1990-cı illərin əvvəlindəki ölkə deyil. Bu gün Azərbaycan dövləti güclüdür, heç kimdən asılılığı yoxdur, öz suveren hüquqlarını beynəlxalq səviyyədə qoruya bilir, ərazi bütövlüyünü təmin edərək öz müstəqilliyini möhkəmləndirib. Bundan sonra heç kim iradəmizə qarşı gedə və bizi öz haqq yolumuzdan döndərə bilməz”.

Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını və Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab etdiyini deyən A.Badamov buna görə də dövlətimizin Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, həmin sakinlərin Azərbaycan Konstitusiyasında və ölkəmizin imza atdığı müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlarına zəmanət verilir. O cümlədən Azərbaycan Qarabağda yaşayan ermənilərin humanitar məsələlərini özü həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan isə Qarabağdakı separatçıların əli ilə özləri-özlərinin yollarını beton piltələr qoymaqla bloklayıb.

“Əgər Qarabağdakı ermənilər blokadaya alınıblarsa, bunu Azərbaycan deyil, özləri ediblər. Ermənistan Laçın yolunun bağlanması ilə bağlı saxta məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Lakin BMT Təhlükəsizlik Şurası humanitar məsələləri siyasiləşdirməməyə və mümkün bütün yollardan istifadə olunmasına çağırış edib. Bəli, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi, Füzuli-Şuşa-Xankəndi və digər yollar vasitəsilə Qarabağ ermənilərinin təchizatı və təminatı davam etdirilə bilər. Bu gün ermənilərin Azərbaycanın təklif etdiyi yollardan istifadə etməməsi Xankəndidə heç bir qıtlığın olmadığını göstərir. Onların ehtiyaclarını ödəmək üçün yardıma və təminatlara ehtiyac yaranacağı təqdirdə Azərbaycana müraciət edə bilərlər. BMT TŞ Azərbaycanın suveren hüquqlarını üstün tutaraq Ermənistan və Fransanın ittihamlarını qəbul etmədi. Bunu Azərbaycan diplomatiyasının növbəti uğuru, haqq işimizin qələbəsi hesab edirəm.

Qarabağda yaşayan ermənilərin reinteqrasiya olunmaqdan başqa çıxış yolu yoxdur. Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Bakıda və daha sonra Yevlaxda görüş təklif etdi. Qarabağdakı ermənilər əvvəl razılaşsalar da, sonradan Ermənistanın müdaxiləsi ilə görüş baş tutmadı. Amma onlar bilməlidirlər ki, Azərbaycan Xankəndidə Konstitusiya quruluşunun bərpasında israrlıdır. Bunu sülh yolu ilə etmək mümkün olmazsa, gücün tətbiq edilməsi qaçılmazdır”, - deyən A.Badamov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib