BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının Azərbaycan finalına vəsiqə qazanıb

Bakı, 9 aprel, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Gladiator”, “LiftUp”, “Ultimate Army”, “INHA FK” komandaları Dünya Robototexnika Çempionatının (World Robotics Championship - WRC) Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıblar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, çempionatın seçim mərhələlərində BMU-nun gənc mühəndisləri texnoloji sahəyə dair bilik və bacarıqlarını ortaya qoyub və finalda təmsil olunmaq hüququ əldə ediblər.
Dünya Robototexnika Çempionatı robototexnika, süni intellekt, mühəndislik və digər texnoloji sahələrdə bacarıqlı, eləcə də yenilikçi gəncləri bir araya gətirən beynəlxalq müsabiqədir. Müsabiqə hər il müxtəlif kateqoriyalar üzrə keçirilir və iştirakçılara kreativ düşüncələrini ortaya qoymaq, komanda işini inkişaf etdirmək üçün əhəmiyyətli imkanlar yaradır.
WRC-nin Azərbaycan üzrə final mərhələsinin iyun ayında Xankəndi və Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. BMU komandaları finalda “Bots Combat” - robot döyüşləri, “RC Craft” - uçuş aparatlarının dizaynı və idarə olunması, “RoboSoccer” - robot futbol komandaları arasında yarışlar kateqoriyaları üzrə çıxış edəcək.
Bu mərhələnin qalibləri avqust ayında Hindistanda təşkil olunacaq beynəlxalq finalda dünyanın müxtəlif ölkələrindən olan rəqibləri ilə mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [14:51]
“Ailəm və məktəbim” layihəsinə başlanılıb
- 24.04.2025 [14:38]
ADPU-da “Peşəkar təcrübə proqramı”nın bağlanış mərasimi keçirilib
- 24.04.2025 [14:27]
Evklid teleskopu kainatın dərinliklərini araşdırmağa davam edir
- 24.04.2025 [12:42]
Çin Neft Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]
Dünya səyyahları Xankəndidə FOTO
- [14:47]