Boliviyada avtobus qəzası nəticəsində 13 nəfər ölüb
Bakı, 13 mart, AZƏRTAC
Boliviyanın cənubundakı Potosi və Çukizaka departamentlərini birləşdirən yolda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Potosi tranzit əməliyyatları agentliyi məlumat yayıb. Qeyd edilib ki, bəzi xəsarətlərin ciddiliyinə görə ölüm halları arta bilər.
Nəqliyyat vasitəsi Sukredən Oruroya doğru hərəkət edib. Yağışlı hava şəraiti yolun sürüşkən olmasına səbəb olub və nəticədə idarəetmədən çıxan avtobus xəndəyə düşüb.
Hadisəylə bağlı araşdırmalara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]