Bomba barədə məlumatla əlaqədar Tac-Mahaldan insanlar təxliyə olunub
Bakı, 4 mart, AZƏRTAC
Hindistanın Arpa şəhər polisi məşhur Tac-Mahal məqbərəsinin yaxınlığına partlayıcı qurğu qoyulduğu barədə məlumatla əlaqədar ziyarətçiləri təxliyə edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, zəng edən şəxs bombanın tezliklə partlayacağını bildirib. Hindistan təhlükəsizlik qüvvələrinin əməkdaşları və Arpa polisi partlayıcı qurğunun axtarışlarına başlayıb, əraziyə bomba zərəsizləşdirilməsi üzrə qrup cəlb olunub.
Təhlükəsizlik tədbiri kimi, tarixi abidənin içərisində olan bütün turistlər dərhal təxliyə edilib, məqbərəyə giriş və çıxış dayandırılıb.
İlkin məlumata əsasən, bomba barədə telefon zəngi Uttar-Pradeş ştatının Ferozabad şəhərindən edilib. Hazırda zəng edən şəxsin tapılmasına cəhd göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]