Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Bosniya və Herseqovinanın simvolik tikilisi: Mostar körpüsü - FOTOREPORTAJ

Mostar, 30 avqust, AZƏRTAC

Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərinin eyniadlı qədim körpüsü ölkənin simvolik tikililərindəndir. Osmanlı dövrünə aid ən mühüm abidələrdən olan və XVI əsrdə tikilən Mostar körpüsü (Starı Most) uzun illər Balkan İslam mədəniyyətinin ən gözəl nümunələrindən biri hesab edilib.

Körpü Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1557-1566-cı illərdə inşa olunub. Uzunluğu 30 metr, eni 4 metr, hündürlüyü 24 metr olan Mostar körpüsü dövrünə görə qabaqcıl texnologiya ilə tikilib. Memar Xeyrəddin körpünün inşası üçün 456 qəliblənmiş daşdan istifadə edib. Körpü tikildikdən sonra yaxınlıqdakı şəhərə öz adını verib və şəhərdə ticarəti canlandırıb. Beləliklə, Mostar Bosniya və Herseqovinanın mühüm bir şəhərinə çevrilib. Neretva çayı üzərində salınan Mostar körpüsü şəhərin iki hissəsini - xorvatlar və bosniyalı müsəlmanlar yaşayan ərazisini birləşdirir. Körpünün hər iki ucunda Tara və Halebiye adlı qüllələr var. Bu qüllələr şəhəri təhlükələrdən qorumaq məqsədilə inşa olunub.

Müxtəlif illərdə barbarlığın simvoluna çevrilən körpüyə ilk hücum Bosniya və Herseqovinada başlayan vətəndaş müharibəsi zamanı 1992-ci ildə Bosniya serbləri tərəfindən həyata keçirilib. 1993-cü il noyabrın 9-da isə Xorvatiya ordusu tərəfindən tanklardan istifadə edilərək körpü tamamilə dağıdılıb, qüllələrə ciddi ziyan dəyib. Daha sonra dəmirdən müvəqqəti körpü tikilib və 1997-ci ilədək istifadə olunub. Yararsız vəziyyətə düşənə qədər 427 il istifadə edilən körpünün yenidən tikilməsi üçün yeni layihə hazırlanıb. Yenidənqurma işlərinə 1997-ci ildə UNESCO və Dünya Bankının dəstəyi ilə başlanılıb. Bərpa olunan körpü Uels Şahzadəsi Çarlzın iştirakı ilə 2004-cü il iyulun 23-də yenidən istifadəyə verilib. Körpü qədim Mostar şəhəri ilə birlikdə 2005-ci il iyulun 17-də UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Balkan regionunda bütün Osmanlı abidələri arasında ən gözəli sayılan tarixi Mostar körpüsü Avropanın ən möhtəşəm körpüləri siyahısında yer alıb. Bu tikili İspaniyanın nüfuzlu “El Pais” qəzetinin hazırladığı “Avropanın ən möhtəşəm körpüləri” siyahısında 4-cü sırada qərarlaşıb. Bir çox körpü kimi Mostarda da ənənələr var. Belə ki, gənc oğlanlar öz nişanlısına və sevgilisinə cəsarətlərini sübut etmək üçün körpüdən suya tullanır. Əsrlər boyu davam edən bu ənənə hazırda bir az şouya çevrilib. Körpü hər il dünyanın ən yaxşı dayvinq atletlərini qəbul edir. Körpüdə “Red Bull Cliff Diving” suyatullanma üzrə dünya çempionatının bir mərhələsi keçirilir.

Mostar şəhəri Bosniya və Herseqovina Federasiyasının Herseqovina-Neretva Kantonunun inzibati mərkəzi, Herseqovinanın tarixi paytaxtıdır və ölkənin beşinci ən böyük şəhəridir. Terrasvari arxitekturası, Osmanlı və Xorvatiya memarlığının sintezi olan küçələri, yamyaşıl dağları ilə Mostar, şübhəsiz ki, Bosniya və Herseqovinanın ən romantik guşəsidir. Şəhər öz adını körpü gözətçisi mənasını verən “mostari” sözündən götürüb. Mostar ticarət yolu üzərində yerləşdiyi üçün tarix boyu məşhur şəhər olub. Şəhərin tarixi hissəsində Osmanlı irsi qorunub saxlanılır. Əyri Körpü, Köhnə Körpü Muzeyi, Misgərlər bazarı, Qaragözbəy və Koski Mehmet Paşa məscidləri şəhərin tarixi görməli yerləridir. Uzunluğu 225 kilometr olan Neretva çayı şəhərin ab-havasını canlandırır. Avropanın ən gözəl şəhərləri siyahısında yer alan Mostar tarixi körpüsü və multikultural quruluşu ilə dünyanın hər yerindən turistləri özünə cəlb edir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Mostar

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

BMT Fələstin torpaqlarının azad edilməsi ilə bağlı qətnamə qəbul edib

FED uçot dərəcəsini azaldıb

Papa Fransisk daşqınlardan zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə çağırıb

Yeni araşdırma qocalmanın həyatın iki nöqtəsində cəmləşdiyini ortaya qoyur

Çempionlar Liqası: "Mançester Siti" - "İnter" oyununda qalib müəyyənləşməyib, “Borussiya Dortmund” qələbəyə sevinib

“ABAD” işğaldan azad edilmiş ərazilərin sakinlərinə təqdim olunub

Avropada koronavirusun yeni variantı yayılır

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib

Siyavuş Kərimi: Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çox böyük əhəmiyyət kəsb edən hadisədir

Rusiyanın tikinti şirkətləri işgüzar missiya ilə Azərbaycana gələcək

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub

“Azərpoçt” ÜPİ-nin Regional Strateji Forumunda təmsil olunub

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub VİDEO

ABŞ Dövlət Departamenti Ermənistana hərbi və digər yardımların artırılmasına münasibət bildirib

Naxçıvandakı Heydər Əliyev Muzeyində müasir havalandırma və yanğın təhlükəsizliyi sistemləri quraşdırılacaq

Britaniyanın xarici işlər naziri: Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib

Prokurorluq əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri

Daşkənddə Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib

Blinken Livanda peycerlərin partlamasına münasibət bildirib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən məktəbdə olub

® "Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi

DİM imtahanlarda sertifikat əldə edən şəxslərə müraciət edib

Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar

Almaniyada yaşı yüzü ötən insanların sayı artıb

PMS imtahanının II mərhələsi üzrə keçiriləcək imtahana qeydiyyat elan edilib

İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası işə başlayıb YENİLƏNİB

Naxçıvanda Milli Musiqi Günü qeyd olunub

“Neftçi” klubu isveçli idman direktoru ilə yollarını ayırıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə səfər ediblər

İqtisadiyyat İnstitutunda Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Özbəkistan iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlığa hazırdır

Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib

Viktor Orban: Daşqınlarla mübarizənin ən çətin mərhələsi yaxınlaşır

“Böyük Qayıdış” proqramı çərçivəsində işəgötürənlərlə görüş keçirilib

Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans

Bu ilin 7 ayında Azərbaycanda 32 qurum akkreditasiya edilib

Növbəti “KOB Fest” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək

® “Birbank”la hər gediş 20 faiz keşbek qazandırır

Qazaxıstana rekord turist axını: Azərbaycandan çoxlu sayda səfər edənlər var

Mərkəzi Bank daha bir neçə şirkətə lisenziya verib

İraqın nəqliyyat və yol infrastrukturu layihələrində Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub

Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü qeyd olunub

“Azərreyl” klubu italiyalı baş məşqçiyə həvalə olunub

ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub

Antiterror tədbirləri: Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi Zəfər

BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi

Əmmanda İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunacaq

İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə təlim keçirilir

“Zirə”nin legioneri: Çempion olsaq, azarkeşlərə sürpriz edəcəyəm - MÜSAHİBƏ

Aleksandar Vuçiç: Vatikanın Serbiyanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndiririk

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinkasının növbəti dayanacağı Qəbələ olub VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

Ankarada Şərqdə ilk qadın bəstəkar Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert olacaq

“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə üçüncü toplantı keçirilib

İranda ilk sünni siyasətçi vilayət rəhbəri təyin edilib

İrandan Türkiyəyə Azərbaycan ərazisindən psixotrop dərman aparılmasının qarşısı alınıb

Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb

Səfir Kristofer Berroteran: Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

Londonda klinika açan azərbaycanlı stomatoloq: Bəzən dişi min funt-sterlinqə çəkirik - MÜSAHİBƏ

Qazaxıstanda Türküstan şəhərinin xüsusi statusuna dair qanun layihəsi təqdim edilib

Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

® “Yango Azerbaijan” Bakıda sürətli çatdırılma üzrə “Market” xidmətini istifadəyə verib

BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

Stolüstü tennis üzrə Avropa miqyaslı yarışlardan biri Azərbaycanda keçirilə bilər

Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub

Milli Musiqi Gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib

“Azərkosmos” Çin şirkəti ilə regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əməkdaşlıq edəcək

"Roma"nın yeni baş məşqçisi bəlli olub

Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin qarşısını necə almaq olar?

Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edilib VİDEO

“Kəpəz” “Portu”nun yetirməsini transfer edib

“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir

Qrip infeksiyası 5 yaşa qədər uşaqlarda fəsadlaşma yarada bilər

BMT: Gender zəminində maaş fərqi aradan qaldırılmalıdır

Süleyman Əhmədov küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında təmsil olunur

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Fransa sülh və təhlükəsizliyə xələl gətirən siyasətindən imtina etməlidir - RƏY

“Çağdaş Azərbaycan hekayəsi” tatarca yayımlanıb

Abşeronda şirniyyat istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb

Şeyxülislam XX Beynəlxalq Müsəlman Forumunda iştirak edəcək

Bakıdakı Rus evində Milli Musiqi Günü qeyd olunub

BMU-ya yüksək balla qəbul olan tələbə: Kimya mühəndisi kimi Vətənimə fayda vermək istəyirəm

İtaliya futbolunun əfsanəsi vəfat edib

Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub

Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Ətraf mühitə zərər verən subsidiyalar üzrə qlobal xərclər 2,6 trilyon dollara çatıb

Nikol Paşinyan Azərbaycandan qaz alınmasını istisna etmir

Fransa: Milli Assambleyanın buraxılması dövlət büdcəsinə 28,5 milyon avroya başa gəlib

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Sumqayıtda idmançılarla görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib

Azərbaycandakı xarici diplomatlar Kəlbəcərdə “Yuxarı Vəng” SES-də və Xudavəng monastırında olublar VİDEO

Teymur Göyçayev: Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində misilsiz rola malikdir

® Maraqlı xəbərimiz var!

İlin sonuncu Ay tutulması ölkəmizdə də müşahidə edilib VİDEO

“COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib