Böyük Britaniyada miqrantlara qarşı mübarizə gücləndirilir
London, 21 avqust, AZƏRTAC
Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper daha çox qeyri-qanuni miqrantın saxlanılacağına və rekord sayda deportasiyanın həyata keçirləcəyinə söz verib.
AZƏRTAC xəbər verir ki, nazir növbəti altı ay ərzində 14 mindən çox qeyri-qanuni miqrantı ölkədən çıxarmaq planının bir hissəsi olaraq miqrantlar üçün saxlama mərkəzlərinin genişləndiriləcəyini vurğulayıb.
Bundan əlavə, seçkidən sonra qeyri-qanuni miqrantları izləmək, saxlamaq və geri qaytarmaq üçün Daxili İşlər Nazirliyinin 300-ə yaxın işçisi yenidən prosesə qoşulub. Qaçaqmalçılıqla məşğul olan insanları hədəfə almaq məqsədilə 100-dək yeni mütəxəssis, kəşfiyyat və təhqiqat zabiti Avropa agentlikləri ilə işləmək üçün Milli Cinayət Agentliyinə (NCA) cəlb edilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]