BÖYÜK BRİTANİYANIN NÜMAYƏNDƏ HEYƏTİMƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminin həlli ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərdən danışmışdır. Eyni zamanda bildirilmişdır ki, paytaxtın bu rayonunda məcburi köçkünlərin məskunlaşdığı 18 yataqxana vardır. 4 nömrəli yataqxanada Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Füzuli, Zəngilan, Ağdam və Cəbrayıl rayonlarından 100 ailə - 420 nəfər müvəqqəti məskunlaşmışdır.
Qonaqlar bir neçə “mənzildə”, o cümlədən ağdamlı Aynurə Məmmədovanın “mənzilində” olmuşlar.
Böyük Britaniya parlamentinin nümayəndələri daha sonra Yasamal rayonunda, BDU-nun tələbə şəhərciyində 90 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı 5 nömrəli yataqxanada olmuşlar. Onlar Füzuli sakini İradə Cəfərovanın “mənzilinə” baş çəkmişlər.
Hər iki yataqxanada söhbət zamanı məcburi köçkünlər münaqişənin həlli məsələsində Azərbaycan Prezidentinin siyasətini dəstəklədiklərini, yalnız doğma yurda qayıtmaq arzusu ilə yaşadıqlarını vurğulamışlar. Onlar bildirmişlər ki, biz beynəlxalq təşkilatlardan, dünya ölkələrindən yalnız bir şeyi xahiş və tələb edirik: haqqı müdafiə edin!