Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qələbənin təməli: Lələtəpə fatehi Asim Əliyev o şanlı günlərdən danışır

Böyük Qələbənin təməli: Lələtəpə fatehi Asim Əliyev o şanlı günlərdən danışır

Füzuli, 1 aprel, AZƏRTAC

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Aprel zəfərindən 10 il ötür. Həmin qələbə Füzuli və Cəbrayıl istiqamətində strateji yüksəklik olan Lələtəpənin azad edilməsi, Füzulinin bir neçə kəndinin, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən atəşindən xilas olunması ilə nəticələndi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin döyüşlərin iştirakçılarından biri də ehtiyatda olan gizir, xüsusi təyinatlı qüvvələrin mənsubu, İkinci Qarabağ müharibəsi qazisi Asim Əliyevdir. O, şanlı zəfər günləri haqqında qürurla danışaraq bildirir ki, Aprel zəfəri İkinci Qarabağ müharibəsində əldə olunan böyük qələbənin əsasını qoydu. Onun sözlərinə görə, Azərbaycan hərbçisinin qarşısında hər zaman yalnız bir məqsəd, bir amal olub - torpaqlarımızı işğaldan azad etmək.

“Düşmən təxribatları cəbhə boyu mütəmadi xarakter alsa da, ordumuz tərəfindən hər zaman layiqli cavab verilirdi. 2016-cı ilin Aprel döyüşləri də məhz Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatına cavab olaraq başladı. Bu dəfə onların təxribatı daha genişmiqyaslı idi. Azərbaycan Ordusu dərhal əks-həmlə əməliyyatına keçərək düşmənin hücum cəhdinin qarşısını aldı. Həmin döyüşlər zamanı qarşımızda duran əsas vəzifə Füzuli və Cəbrayıl istiqamətlərində düşmən qüvvələrini zərərsizləşdirmək idi. Qısa müddətdə düşmənin atəş nöqtələri susduruldu və uğurlu əməliyyat nəticəsində strateji əhəmiyyətli yüksəklik - Lələtəpə azad olundu”, - deyən Asim Əliyev bildirir ki, onun hərbçi ömrünün ən qürurverici anlarından biri məhz Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağını sancması olub: “Lələtəpə əməliyyatının ən qürurverici və unudulmaz məqamı strateji yüksəkliyə üçrəngli Azərbaycan bayrağını məhz mənim sancmağım oldu. Yüksəkliyin tam nəzarətə götürülməsi barədə raportu da komandanlığa şəxsən məruzə etdim. Bir hərbçi üçün bu, həyatın ən şərəfli anıdır. Çünki həmin an təkcə bir yüksəklik azad edilmədi, həm də Azərbaycan əsgərinin sarsılmaz iradəsi, qüdrəti və qələbə ruhu bütün dünyaya nümayiş etdirildi”.

Lələtəpənin azad olunması ordumuz üçün sadəcə bir hərbi uğur deyil, həm də strateji və mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Qazimiz həmin günlərin strateji əhəmiyyətini xüsusi vurğulayır: “Lələtəpənin nəzarətə götürülməsi ilə Füzuli rayonunun Horadiz qəsəbəsi və ətraf kəndləri, həmçinin Cəbrayılın Cocuq Mərcanlı kəndi düşmənin birbaşa müşahidəsindən və mütəmadi atəşindən xilas edildi. Bu yüksəklik bizə cəbhə xəttində geniş manevr və daha böyük ərazilərə nəzarət imkanı qazandırdı. Yaxşı xatırlayıram, düşmən itirdiyi mövqeləri geri qaytarmaq üçün dəfələrlə əks-hücumlar təşkil edirdi. Lakin hər dəfə Azərbaycan əsgərinin polad iradəsi qarşısında geri çəkilməyə məcbur olurdular”.

Asim qeyd edir ki, 2016-cı ilin Aprel zəfəri sonrakı illərin böyük qələbələrinə gedən yolun təməli idi. Aprel döyüşlərindən sonrakı 4 il ərzində düşmən nə qədər təxribata əl atsa da, ordumuzun Lələtəpədə qazandığı o qətiyyətli qələbə ruhu hər dəfə Ermənistan silahlı qüvvələrini yerində oturtmağa bəs edirdi. Bu, sadəcə bir yüksəkliyin deyil, milli qürurun yenidən bərpası idi.

“2020-ci il sentyabrın 27-də səhər saatlarında düşmən yenidən cəbhə boyu genişmiqyaslı təxribata əl atdı. Həmin vaxt Ali Baş Komandanın əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Tapşırıq verilmişdi ki, Lələtəpə yüksəkliyi istiqamətində irəliləyək, bu yüksəkliyin bizdə olması çox əlverişli şərait yaratmışdı. Çünki buradan düşmənin bütün hərəkətlərini açıq şəkildə müşahidə etmək mümkün idi”, - deyən qazimiz bildirir ki, bu yüksəklik 44 günlük Vətən müharibəsinin ilk günlərində qazanılan qələbələrdə də mühüm rol oynayıb: “Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri sürətli əks-hücum nəticəsində azad edildi. Bu istiqamətdə Lələtəpənin strateji yüksəklik olması çox böyük əhəmiyyətə malik idi. Hər ötən gün Vətən torpağının bir qarışını azad edirdik və nəticədə İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı”.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Qarabağ ərazisində qalan qanunsuz erməni silahlı birləşmələri öz təxribatçı əməllərindən əl çəkmədilər. Separatçılıq və terror fəaliyyətini davam etdirən həmin qanunsuz dəstələr mütəmadi olaraq atəşkəsi pozur, gərginlik yaradırdılar. Nəhayət, 2023-cü ilin sentyabrında növbəti erməni təxribatına cavab olaraq ordumuza lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi tapşırıldı. Cəmi 23 saat ərzində Azərbaycan Ordusu bu çətin missiyanı yüksək peşəkarlıqla və sürətlə yerinə yetirdi. Bununla da Qarabağ bütövlükdə separatçılardan təmizləndi və tam azadlığına qovuşdu.

Qazimiz vurğulayır ki, bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımız qürurla dalğalanır, işğaldan azad olunmuş torpaqlarda həyat yenidən dirçəlir: “Bu torpaqlar şəhidlərimizin qanı, qazilərimizin canı bahasına azad edilib. Bir hərbçi olaraq düşünürəm ki, biz xalqımız qarşısında duran tarixi missiyanı şərəflə yerinə yetirdik”.

Asim Əliyevin gözlərindəki o qətiyyətli baxış həm də gələcəyə olan böyük inamın ifadəsidir. O, təkcə keçmiş döyüş xatirələrindən danışmır, həm də bu gün Qarabağ və Şərqi Zəngəzurda vüsət alan Böyük Qayıdışın sevincini bölüşür.

"Gələcək nəsillərimiz bu müqəddəs torpaqlarda firavan və xoşbəxt ömür sürəcəklər. Dövlətimiz tərəfindən aparılan genişmiqyaslı tikinti-quruculuq işləri sayəsində şəhər və kəndlərimiz müasir üslubda yenidən qurulur. Artıq minlərlə soydaşımız illərdir həsrət qaldığı doğma yurduna qayıdıb. Bütün bu mənzərə, bu dirçəliş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin real bəhrələridir", - deyə qazi sözlərini tamamlayır. Beləliklə, bu gün onun sancdığı bayraq təkcə bir yüksəklikdə deyil, bütöv və azad Vətənimizin hər qarışında qürurla dalğalanmaqdadır. Asim Əliyev kimi qəhrəmanların fədakarlığı sayəsində bərpa olunan ərazi bütövlüyümüz gələcək nəsillər üçün həm də sarsılmaz bir qürur mənbəyidir. İndi hər bir azad edilmiş kənd və şəhərimiz, zəfərlə taclanan o şərəfli yolun əbədi və canlı abidəsinə çevrilir.

Müxbir-Aydın Yavərzadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

Payızın ilk “Ulduz”u

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək