BSU: Qarlı hava şəraitinə baxmayaraq, imtahanlarda gecikmə olmayıb
Bakı, 9 yanvar, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) imtahanlar normal qaydada davam edir. Qarlı hava şəraitinə baxmayaraq, imtahanlarda gecikmə olmayıb.
Bunu AZƏRTAC-a BSU-nun Mətbuat və informasiya mərkəzinin müdiri Zeynab Kazımova bildirib. O qeyd edib ki, imtahanlar universitetin hər iki tədris binasında üç növbədə keçirilir.
Qeyd edək ki, BSU-da 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası yanvarın 5-dən başlanıb. İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin imtahana qədər qiymətləndirmə balları müvafiq fakültələr tərəfindən tələbələrə elan olunub. Akademik borcu olan tələbələr üçün təkrar imtahanlar cari sessiya müddətində keçiriləcək.
Bu sessiyada akademik borcu yaranacaq tələbələr üçün isə təkrar imtahanlar fevralın 2-dən 11-dək təşkil olunacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və müvafiq fakültələr üzrə Apellyasiya Komissiyası yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]