Bu dəqiqələrdə sülhməramlılara aid daha 11 avtomobil aksiya ərazisindən maneəsiz keçib
Şuşa, 19 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 39-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus daha 11 avtomobilin Xankəndidən Laçına doğru sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə sərbəst hərəkət təmin olunub.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.