Bu gün Cenevrədə ABŞ və Rusiya prezidentləri arasında ilk görüş keçiriləcək
Cenevrə, 16 iyun, AZƏRTAC
Rəsmi Vaşinqton və Moskva arasında uzun illər sürən gərginlikdən sonra iyunun 16-da İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Cozef Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında ilk görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, C. Baydenin təşəbbüsü əsasında keçiriləcək görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək. Görüşdə, həmçinin pandemiya ilə mübarizə, regional münaqişələrin nizamlanması və beynəlxalq müstəvidəki aktual məsələlər, eləcə də nüvə silahlarının ləğvi üçün yeni danışıqlara başlanması ətrafında fikir mübadiləsi aparılacaq.
ABŞ və Rusiya dövlət başçılarının Cenevrə görüşü iki ölkə arasında münasibətlərin “buz dövrü”nə təsadüf edir və qarşılıqlı münasibətlərin bir çox sahələrində təmaslar mövcud deyil. Cenevrə gölü sahilində yerləşən “Villa la Qranj”da yerli vaxtla saat 13:30-da başlayacaq və dörd-beş saat davam edəcəyi gözlənilən görüşün proqramı kifayət qədər zəngindir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]
Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər
- 14.10.2026 [14:33]
SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib
- 14.10.2026 [13:51]