Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
Bakı, 1 iyul, AZƏRTAC
Sığortaolunanların sığortaçıda uçotunun yalnız şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri bu gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sığortaolunanların uçotunun aparılması və sığortaedənlər (işəgötürənlər) tərəfindən sığortaolunanlar (işçilər) barədə rüblük hesabatların təqdim edilməsi zamanı onlarla bağlı sosial sığorta nömrəsinin (SSN) göstərilməsi artıq tələb olunmur.
Bu gündən etibarən işə qəbul edilən, əvvəllər işləmiş şəxslərdən də SSN-in təqdim olunması tələb edilməyəcək.
Qeyd olunan dəyişikliklər sosial sığorta sahəsində inzibati prosedurların innovativ həllərlə sadələşdirilməsinə, məlumat mübadiləsinin daha sürətli və dəqiq həyata keçirilməsinə, elektron sistemlər arasında inteqrasiyanın gücləndirilməsinə, həmçinin sosial sığorta sistemində inzibati prosedurların optimallaşdırılmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]