Bu il Azərbaycana daha çox turistin gələcəyini gözləyirik
Bakı, 7 aprel, AZƏRTAC
Bu ilin yayında Azərbaycana Rusiya, İran və Körfəz ölkələrindən daha çox turistin səfər edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, 2015-ci illə müqayisədə bu il daha çox turistin gələcəyi gözlənilir. Bu günlərdə Qətər və Küveytdə səfərdə olduğunu bildirən Ə.Qarayevin sözlərinə görə bu ölkələrin kütləvi informasiya vasitələri Azərbaycanın turizm potensialı haqqında məlumat yayıb. Artıq “AZAL”la birgə birbaşa uçuşların açılması da müzakirə edilir. Ona görə də Körfəz ölkələrindən turistlərin axınının çoxalmasını gözləyirik.
Ə.Qarayevin sözlərinə görə, yeni təqdim olunan bazarlar sırasında Avropa xüsusi yer tutur. O, bəzi Avropa ölkələrindən Azərbaycan gələn turistlərin sayının 15-20 faiz artdığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]