Bu il TANAP-la qaz ixracı 12 faizdən çox artıb
Bakı, 13 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında ölkədə təbii qaz hasilatı 1,22 faiz azalaraq 8,1 milyard kubmetr təşkil edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz və ya 0,3 faiz azdır. Bundan 1,9 milyard kubmetr Avropaya (9,52 faiz azalma), 1,4 milyard kubmetr Türkiyəyə (ötən illə eyni səviyyədə), 0,5 milyard kubmetr Gürcüstana (16,7 faiz azalma) satılıb. O cümlədən TANAP-la 0,9 milyard kubmetr (12,5 faiz artım) qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə), 473,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bundan 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qaz ixraca nəql edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]