Bu ilin iki ayında respublikada 4 milyon tondan çox neft hasil edilib
Bakı, 13 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,25 faiz azalma deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.
İki ay ərzində 3,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 0,4 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, cari ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton (584 min barel) olub. Bunun 63,1 min tonunu (465 min barel) xam neft, 14,4 min tonunu (119 min barel) kondensat təşkil edib.
Bu dövrdə neftin emalı 1,2 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz və ya 0,1 milyon ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]