Budapeştdə Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilmişdir
Budapeşt, 25 fevral (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyi Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirmişdir.
Şəhərin tarixi mərkəzində Andraşi küçəsində və Oktoqon meydanında səfirliyin əməkdaşları və Budapeştin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr sakinlərə “Xocalıya ədalət” loqosu ilə köynəklər, döş nişanları, eləcə də bukletlər, xəritələr, plakatlar və s. paylamışlar. İki saat ərzində tələbələr macar və ingilis dillərində Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi təcavüzkar siyasət, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, silahlı münaqişə nəticəsində Azərbaycana dəymiş ziyan, erməni vandalları tərəfindən dağıdılan mədəniyyət abidələri, qaçqınların vəziyyəti və s. haqqında vətəndaşlara ətraflı məlumat vermişlər. Budapeşt meriyasının rəsmi icazəsi ilə keçirilən aksiya şəhər sakinlərində böyük maraq doğurmuşdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]