“BULLA-DƏNİZ” NQÇİ-NİN KOLLEKTİVİ NEFT-QAZ HASİLATINI ARTIRMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 39 istismar quyu fonduna malik “Bulla-dəniz” Neft və Qaz Çıxarma İdarəsi (NQÇİ) cari ilin ötən yeddi ayında neft hasilatı üzrə tapşırıqlara 112,1 faiz əməl etmişdir. Bu dövrdə 45 min 698 ton neft hasil edilmişdir.
NQÇİ-nin kollektivi iyulda qaz hasilatı üzrə proqnoza 101,1 faiz əməl etmiş, 30 milyon 220 min kubmetr qaz hasil olunmuşdur.
Ötən müddətdə “Bulla-Dəniz”-“Daşgil” yataqları arasında 1360 metr uzunluğunda sualtı boru xətti çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]