Burkina Faso nümayəndəsi: İslam ölkələri arasında həmrəylik daha da gücləndirilməlidir
Bakı, 24 iyun, AZƏRTAC
Təhlükəsizlik, iqtisadiyyat, iqlim və humanitar sahələrdə çoxsaylı çağırışlarla səciyyələnən beynəlxalq şəraitdə ümmət ölkələri arasında həmrəylik hər zaman olduğundan daha çox zərurət kimi görünür. Məhz ortaq məsuliyyət və taleyə əsaslanan bu ruhdan çıxış edərək, Burkina Faso Parlamentinin nümayəndə heyəti dialoqu gücləndirmək, əməkdaşlığı təşviq etmək və xalqlarımızın səsini çatdırmaq məqsədilə bu tədbirdə iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Burkina Fasonun Xalq Qanunvericilik Assambleyasının vitse-prezidenti Fofana Haua deyib.
O qeyd edib ki, bugünkü müzakirələr üçün seçilmiş mövzu ölkələrin və xalqların üzləşdiyi çoxsaylı çağırışlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu mövzu bizi həqiqətən dayanıqlı və inklüziv inkişafın təmin olunması üçün zəruri şərtlər barədə birlikdə düşünməyə dəvət edir. Eyni zamanda, dövlətlərimizin və xalqlarımızın səylərinə mane olmağa davam edən əngəllər haqqında da düşünməyə sövq edir.