Cari ildə Beyləqanda 31 hektar sahədə yeni meşələr salınmışdır
Beyləqan, 1 iyul (AZƏRTAC). Beyləqan rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayon meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin əvvəlindən 31 hektar sahədə göyrüş, akasiya və qarağac cinslərindən ibarət yeni meşələr salınmış, 150 hektar meşələrdə bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 1 hektar sahədə 50 min ədəd qələm basdırılmış, 1,5 hektarda (60 min ədəd) böyütmə sahəsi yaradılmışdır. İlin ötən dövründə 2 hektar sahədə tinglik səpilmiş, 70 kiloqram akasiya, 340 kiloqram göyrüş, 200 kiloqram qarağac toxumu tədarük edilmişdir.
Payız mövsümündə növbəti meşə əkinlərinə başlanılacaqdır. İlin sonunadək daha 69 hektarda yeni meşələrin salınması, 1 hektarda tinglik səpilməsi, 0,5 hektarda böyütmə sahəsi yaradılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]