“Cəbrayıl” komandası Region Liqasının finalına vəsiqə qazanıb
Bakı, 15 may, AZƏRTAC
“ASK Arena”da futbol üzrə AFFA Region Liqasının ilk yarımfinal oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda oyunda “Cəbrayıl” və “Qusar” komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə ilk hissədə daha bir dəfə fərqlənən “Cəbrayıl” komandası yekunda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, mayın 15-də saat 16:00-da “ASK Arena”da digər yarımfinal oyununda “Xan Lənkəran” və “Araz” (Naxçıvan) komandaları qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]