Cəbrayıl rayonu ərazisində yanğının qarşısı alınıb VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0.7 hektar sahədə kol-kos və quru ot yanıb.Ətraf ərazilər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]