Cəbrayıl rayonunun Xanağabulaq kəndi
Bakı, 7 avqust, AZƏRTAC
Cəbrayıl rayonunun Xanağabulaq kəndi Qazanzəmi kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 28-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.