CƏLİLABADDA DEMOKRATİK MAARİFÇİLİK MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni qurumun yaradılmasından məqsəd respublikamızın cənub bölgəsində demokratik dəyərləri öyrənmək və təbliğ etmək, seçkilərin azad və ədalətli keçirilməsinə, seçicilərin fəallığının yüksəlməsinə, bələdiyyələrin inkişafına, habelə ölkəmizdə vətəndaş cəmiyyətinin və demokratik hüquqi dövlətin yaradılmasına kömək etməkdir. Mərkəz öz fəaliyyətində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, habelə, kütləvi informasiya vasitələri ilə geniş əlaqələr yaratmağı planlaşdırmışdır.