Cənubi Koreya lideri Trampdan Koreya yarımadasına sabitlik gətirməsini istəyib
Vaşinqton, 25 avqust, AZƏRTAC
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Cənubi Koreya Prezidenti Li Çje Men arasında görüş keçirilir.
AZƏRTAC-ın məlumatına görə, görüş zamanı Cənubi Koreya lideri ABŞ-ın təkcə sülhü qoruyan deyil, həm də sülhü yaradan ölkə olduğunu bildirib.
Onun sözlərinə görə, Avropa, Asiya, Afrika və Yaxın Şərqdə bir sıra münaqişələr Trampın rol oynaması ilə başa çatıb.
“Siz dünyada yeganə liderlərdənsiniz ki, belə nailiyyət əldə etmisiniz. Koreya yarımadası hazırda eyni xalqın ikiyə bölündüyü yeganə yerdir. Mən sizin bu yarımadaya sabitlik gətirməkdə də rol oynamağınızı istərdim. İstəyərdim ki, Kim Çen Inla görüşəsiniz. Koreya xalqının sizdən böyük gözləntiləri var”,- deyə Li Çje Men əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]