Cənubi Sudanda təyyarə qəzası nəticəsində 10 nəfər həlak olub
Bakı, 3 mart, AZƏRTAC
Cənubi Sudanın Conqley ştatının qubernatoru kiçik kommersiya təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyünü təsdıqləyib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, South Supreme Airlines aviakompaniyasına məxsus təyyarə martın 2-də yerli vaxtla təxminən saat 17:00-da Pieri aerodromu yaxınlığında, havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Qubernatorun sözlərinə görə, qəza nəticəsində iki pilot və səkkiz sərnişin həlak olub.
“Eye Radio” radiostansiyasının hadisə şahidlərinə istinadla yaydığı məlumata görə, həlak olanlar arasında iki uşaq və altı qadın var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]