Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun iyunun 25-də Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.