Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 30 iyun (AZƏRTAC). Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməmişdir.
Suyun səviyyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə- Surrada 5, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azaldığı müəyyən edilmişdir. Kür çayının Salyan və Bankədən keçən hissəsində isə suyun səviyyəsində artım qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Surrada 296, Şirvanda 141, Salyanda 80, Bankədə 231, Novruzlu məntəqəsində isə 35 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]