Çempionlar Liqası: "Sabah" III təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB 3
Bakı, 28 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS və "Sabah" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Kupio Mərkəzi Stadionunda təşkil olunan qarşılaşma Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Velko Simiç və Coy Lens Mikels vurublar.
İlk görüşdə Bakı klubu 1:0 hesabı ilə qalib gəlmişdi.
Adını III raunda yazdıran "Sabah" ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
20:02
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS və "Sabah" komandaları arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Kupio Mərkəzi Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra hesab açılmayıb - 0:0.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk matçda “Sabah” 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq. Uduzan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
19:50
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS və "Sabah" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar Kupio Mərkəzi Stadionunda keçirilən qarşılaşmanın fəsiləsinə qolsuz heç-heçə ilə yollanıb - 0:0.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk matçda “Sabah” 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq. Uduzan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
19:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyada KuPS və “Sabah” komandaları arasında cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Kupio Mərkəzi Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb. Görüşü israilli FIFA referisi Qal Leybovits idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk matçda “Sabah” 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq. Uduzan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Müxbir - Cavid Əliyev