Çempionlar Liqası: Bu gün "Mançester Siti" - "Real Madrid" oyunu keçiriləcək
Bakı, 11 fevral, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 4 görüş keçiriləcək.
Günün ilk matçı Fransada "Brest" və PSJ komandaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Gecənin ən prinsipial oyunu İngiltərədə reallaşacaq. "Mançester Siti" turnirin son qalibi olan İspaniya "Real Madrid"ini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Digər görüşlərdə Niderlandın PSV klubu İtaliyada "Yuventus"un, Almaniyanın "Borussiya Dortmund" komandası isə Portuqaliyada "Sportinq"in qonağı olacaq.
Qeyd edək ki, bu raundun digər 4 oyunu fevralın 12-də keçiriləcək. Cavab görüşləri isə fevralın 18-19-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]