Çempionlar Liqasında pley-off oyunlarına start verilib
Bakı, 23 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Belçika “Antverpen”i evdə Yunanıstanın AEK klubunu minimal hesabla üstələyib - 1:0. İkinci təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Polşa “Rakuv”u doğma meydanda Danimarka “Kopenhagen”inə eyni hesabla uduzub. Gecənin ən məhsuldar matçı isə Şotlandiyada “Reyncers” və Niderlandın PSV komandaları arasında baş tutub. Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyunlar
22 avqust
23:00. “Antverpen” (Belçika) - AEK (Yunanıstan) - 1:0
Qol: Vinsen Yanssen, 16
23:00. “Rakuv” (Polşa) - “Kopenhagen” (Danimarka) - 0:1
Qol: Boqdan Rakovitan, 9 (avtoqol)
3:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland) - 2:2
Qollar: Abdallah Sima, 45, Rabbi Matondo, 78 - İbrahim Sanqare, 61, Lyuk de Yonq, 80
Qeyd edək ki, bu raundun digər üç qarşılaşması bu gün keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]